Çox vaxt aldığımız dondurmaya diqqət yetirmədən onu ləzzətlə yeyirik.
Əgər
dondurmanın içində buz dənələri varsa, deməli, dondurma
keyfiyyətsizdir. Əsasən də isti havalarda mikroblar sürətlə yayıldığı
üçün açıq şəkildə satılan dondurmalardan istifadə etmək daha
təhlükəlidir. Belə dondurmalar boğazda problemlər yaradır, müxtəlif cür
yoluxucu xəstəliklərə səbəb olur. Dondurmanın əsasını süd təşkil edir.
Süd isə fosfor, A və digər vitaminlərlə zəngindir. Qida dəyəri çox
yüksək olan dondurmanı, demək olar ki, mövsümdən asılı olmayaraq da
yemək olar.