 dostuna gönder
azeroosaytlarım-a elave et
| | balaca yazı | esl yazı | böyük yazı 22 Sent,2007 Düzgün və sağlam qidalanma təkcə xroniki xəstəliklərin deyil, eyni zamanda, xərçəng xəstəliyinin də profilaktikasıdır. Xərçəng xəstəliyinin yaranma səbəblərinin statistikasına görə səhv qidalanma tütündən sonra ikinci yeri tutur. Baxmayaraq ki tədqiqatçılar xərçəngin inkişafına hansı ərzaqların təsir etdiyini müəyyən edə bilmirlər.Saç üçün boyalar xərçəng xəstəliyini əmələ gətirir?
Saç boyalarından istifadə edən qadınlar digər qadınlara nisbətən
xərçəngə tutulmağa daha çox risklidirlər. Bu qənaətə Kaliforniya Tibb
Universitetinin tədqiqatçıları gəliblər. Mütəxəssislər apardıqları
müşahidələrlə belə bir nəticəyə gəliblər ki, saç boyasından (xüsusilə
də tünd çalarlardan) istifadə immun sistemini darmadağın edən qorxulu
şişin inkişafını gücləndirir. Belə ki, son 20-25 il ərzində saç
boyasından istifadə edən qadınlar bu xəstəlikdən təbii saç rənginə
üstünlük verən xanmılardan iki dəfə artıq əziyyət çəkirlər. Hələ ki
alimlər saç boyası ilə qorxulu şişi bir-birinə bağlayan mexanizmi başa
salmağa çətinlik çəkirlər. Əlbəttə, ilk növbədə, şübhə doğuran
elementlər saç boyalarının tərkibində olan kimyəvi maddələrdir. Xərçəngə yoluxmaq olar?
Ingilis
alimləri növbəti dəfə dəlil əldə ediblər ki, xərçəng infeksion
xəstəliyin nəticəsi ola bilər. Hər halda, onların əldə etdikləri
sübutlar mədə, böyrək və bağırsaq xərçənginə uyğundur. London Tibb
Kollec mütəxəssislərinin fikrincə, qastrit, xoranın yaranmasına səbəb
olan mədə-bağırsaq infeksiyaları, həmçinin, mikrobların digər növü
qorxulu şişin inkişafına təkanverici qüvvələrdir. Tədqiqatların
göstərdiyi kimi, bu mikroblar orqanizmdə insan hüceyrələrinin
bölünməsini pozan toksinlər ifraz edir və nəticədə, normal hüceyrələr
mutasiyaya uğrayıb xərçəngə çevrilir.
Mobil telefonlar şişin inkişafını tezləşdirir
Mobil
telefonlardan daimi istifadə eşitmə sinirində nevrinomanın yaranmasını
iki dəfə tezləşdirir. Nevrinoma eşitmə orqanında olan sinir toxumasının
qorxusuz şişidir. Gündə 20-30 dəqiqə mobil telefonla danışan insanlarda
xərçəng xəstəliyinə tutulma ehtimalı böyükdür.
Alimlərin fikrincə, bir porsiya stres döş xərçənginin qarşısını alır
Buna baxmayaraq, bir az öncə həkimlər stresin xəstəlik risqini artırdığını bildirmişdilər. Danimarka
alimlərinin apardıqları tədqiqat göstərib ki, gündəlik stresli
situasiyalar sağlamlıq üçün xeyirli olduğu halda, qəfil güclü stresin
(məsələn, yaxın qohumun ölümü) mənfi fəsadları var. Həkimlər güclü
stres keçirən və döş xərçəngi ilə şübhəli bilinən qadınları müayinə
ediblər. Onlar stresi güclü, orta və zəif olmaqla üç yerə bölmüşlər,
həmçinin, stres keçirən qadınların emosional hallarını və fiziki
göstəricilərini qeyd ediblər. Stres xəstələrdə özünü müxtəlif cür əks
etdirirdi: bəziləri gərginlik, həyəcan, səbəbsiz qorxu hissi, digərləri
isə yuxusuzluq hissi keçirirdilər. Testlər göstərdi ki, yaxın qohumun
ölümü, ağır xəstəlik, qəza və sair kimi güclü stres keçirən qadınlarda
döş xərçəngi müşahidə olunmamışdır. Danimarka alimləri müəyyən ediblər
ki, güclü stres xərçəng xəstəliyinə tutulmaq ehtimalını 40% azaldır.
Həkimlər başda Naya Nelson olmaqla, bu cür hadisəni belə başa salırlar:
güclü stres qadın harmonlarına təsir edir, əsasən də xərçəng
hüceyrələrinə təsir göstərən estrogen harmonlarına.
Antibiotiklər döş xərçənginə səbəb olur
Vaşinqton
Universiteti alimlərinin apardığı müşahidələrə görə, antibiotiklərdən
müntəzəm istifadə döş xərçənginə tutulmaq risqini ikiqat artırır. Belə
ki, 25 kurs antibakterial terapiya keçən qadınlar xərçəng xəstəliyinə
1,5 dəfə tez tutulublar. Bundan əlavə, antibiotik qəbul edən qadınları
çox vaxt sağaltmaq mümkün olmayıb, bu da ölümə səbəb olub.
Tədqiqatçılar qeyd edirlər ki, çıxılmaz vəziyyətdə qaldıqda belə
antibiotiklərdən imtina etmək lazımdır. Onların fikrincə, ən əsas
məsələ, antibiotik qəbulu və xərçəng şişlərinin əmələ gəlməsi arasında
olan əlaqəni müəyyənləşdirməkdir.
Çay qorxulu şişin əmələ gəlməsinin qarşısını alır
Son
tədqiqatlar göstərir ki, həm qara, həm də yaşıl çay həzm yolunda yarana
biləcək xərçəng xəstəliyinin qarşısını alır. Bu içkilərin tərkibində
polifenol, antioksidant xüsusiyyətləri ilə zəngin olan kimyəvi maddələr
var. Onlar hüceyrələri zədələyən boş radikalları neytrallaşdırır.
Həmçinin, polifenollar yağlı yeməklərin tərkibində olan kanserogenlərin
aktivləşməsini zəiflədir. Harvard Tibb Məktəbinin (ABŞ) alimləri aşkar
ediblər ki, gündə ən azı bir fincan çay içən insanlarda infarkt
təhlükəsi 44% azalır. Yaşıl çay ağız boşluğunu dezinfeksiya edir,
bundan əlavə, kariyesi əmələ gətirən bakteriyaları məhv edir. Belə ki,
bu xüsusiyyətə yalnız təzə dəmlənmiş çay malikdir.
Düzgünqidalanma xərçəng xəstəliyinin profilaktikasıdır
Xəstəliyin
qarşısını almaq üçün qidalanma sistemini yenidən qurmaq lazımdır. Ilk
növbədə, çətinəriyən yağlardan imtina etmək lazımdır. Bu növ yağlar
donuz, mal ətinin, kərə yağının tərkibində olan yağlardır.
Sadaladığımız ərzaqları qida rasionundan azaltmaq lazımdır. Lakin bunu
dərhal deyil, tədricən və ağılla etmək lazımdır. Sağlam qidalanma sxemi
aşağıdakı kimi olmalıdır: həftədə iki dəfə tərəvəz günü, iki dəfə
balıq, həftədə bir neçə dəfə qaynanmış və ya pörtlədilmiş ət yemək
olar. Yeməkləri bitki yağlarında hazırlamaq məsləhət görülür, məsələn,
zeytun, qarğıdalı və soya yağları. Yaxşı olardı, tədricən qızardılmış
yeməklərdən imtina edəsiniz. Belə ki, onlar ankoloji xəstəliyə tutulma
risqini artıran kanserogen maddələrini özündə cəmləşdirir.
Konservləşdirilmiş və hisəverilmiş balıq və ətdən də imtina etsəniz
yaxşıdır. Əgər əti qaynadırsınızsa, onda bunu belə də edə bilərsiniz:
ət qaynayıb 10 dəqiqə bişdikdən sonra suyunu süzün, təzə su əlavə edib
yenidən qaynadın. Dəniz balığı, məsələn, treska, paltusun tərkibində
yod var və onlar bizim harmonal fonumuzu normada saxlamağa kömək edir.
Bu da şişlərin inkişafının qarşısını alır. Ümumiyyətlə, özünü xərçəng
xəstəliyindən qorumaq istəyirsinizsə, onda masanızın baş yeməyi meyvə
və tərəvəz olmalıdır. Ilk növbədə bu, sarı, yaşıl və qırmızı-narıncı
meyvələrdir: balqabaq, xurma, ərik və s. Kələmi isə məxsusi qeyd etmək
lazımdır. O, qadın onkoloji xəstəliklərinə meyilli olanlar üçün çox
xeyirlidir. Həmçinin, çuğundur və ispanaq da çox lazımidir.
Hisəverilmiş ərzaqlar (kolbasa, sosiska) sağlamlığa böyük ziyan vurur.
Təcrübələr göstərir ki, kalorili qida şişlərin inkişafını tezləşdirir.
Buna səbəb ???maddələr mübadiləsinin immunadepresiyasıdır???. Həmçinin,
şişlərin yaranma tezliyinə təsir edən səbəblərdən biri kalorinin birdən
aşağı düşməsinə səbəb olan yüksək fiziki gərginlikdir. Eyni zamanda,
şəkərdən istifadə də məsləhət görülmür, əvəzində təmiz bal qəbul edin.
Qarabaşaq, buğda, darı masada bir-birlərini əvəzləməlidir. Süd və süd
məhsullarını aşağı yağlılıqda, 1,5-2,5 % qəbul etmək məsləhət görülür.
Vitaminli içkilər çox xeyirlidir. Xüsusilə də otlar və onların
meyvələrindən hazırlanmış içkilər. Misal üçün itburnu, qarağat, moruq,
adaçayı, mərsin, başınağacı yarpaqlarından, cökə, air, gicitkən,
bağayarpağı, qatırquyruğu çiçəklərindən hazırlamaq olar. Çayların
arasında yuxarıda qeyd etdiyimiz kimi, yaşıl çaya üstünlük vermək
məsləhətdir. Onun tərkibində olan katehin və tanin orqanizmi xərçəng
xəstəliyindən qoruyur. Iş rejimini, istirahəti və idmanla məşğul olmağı
unutmaq olmaz. Eyni zamanda, ətraf mühitin çirklənməsi də xoşagəlməz
şişlərin yaranmasına səbəb olur. Güclü mənfi emosiyalardan qaçın.
Qidanızı, həyatınızı planlaşdırın və sağlamlığınızı qorumaq naminə
nədənsə imtina etməyi bacarın. .
|