ana sehife | reklam | sponsorluq | bize yazın

üzv olun | petclub ana sehife

  itler
  pişikler
  tutuquşular
  balıqlar

saytımızda

  üzvlük yeri
üzvlük adı 
mexfi söz 
üzv olun | mexfi söz

bloguma elave et fan-ı ol

Könlü balıq istəyənin...

dostuna gönder

azeroosaytlarım-a elave et

balaca yazı | esl yazı | böyük yazı

30 İyul,2008

Siz akvariumda balıq saxlamaq istəyirsiniz, amma nədən başlayacağınızı bilmirsiniz. Çoxları düşünür ki, bunun üçün akvariumu su ilə doldurmaq və ora balıq salmaq kifayətdir. Siz əminsiniz ki, su kəmərindən götürdüyünüz su balıqların xoşuna gələcək? Siz bilirmisiniz ki, əgər səhvə yol versəniz, ən yaxşı halda balıqlarınız stres keçirəcək, ən pis halda isə öləcəklər.

Akvarium əldə etdiyiniz gündən siz balıqların həyatı üçün məsuliyyət daşıyırsınız və buna görə də onlar üçün əlverişli şərait yaratmalısınız. Hər şeydən əvvəl mənzilinizə yerləşəcək akvariumun ölçüsünü müəyyənləşdirməlisiniz. Sonra isə böyük və ya balaca (akvariumun ölçüsündən asılı olaraq), şirin və ya duzlu, tropik və ya soyuq suda yaşayan balıq saxlayacağınızı dəqiqləşdirin.
Bu yaxınlara qədər akvariumlar dəmir karkasla bərkidilmiş şüşədən hazırlanırdı. İndi şüşələr silikon yapışqanla yapışdırılır. Akvarium aldıqda diqqət yetirin ki, o, təzə şüşədən hazırlanıb. Həm də şüşənin qalınlığı akvariumun ölçüsünə uyğun gəlməlidir. Akvarium əldə etdikdən sonra ona altlıq (dayaq) tapmalısınız. Bu, səthi düz, bütün akvariumu su ilə birlikdə saxlaya bilən materialdan olmalıdır. Satışda, əsasən, akvariuma mənsub əşyaların saxlanılmasını da nəzərə alan tumba formalı bahalı altlıqlar olur. Amma siz ucuz başa gəlməsi üçün stellaj, qaynaq edilən metal, ya da boltla bərkidilmiş taxta altlıqlardan istifadə edə bilərsiniz. Mənzilinizi də diqqətlə nəzərdən keçirin, bəlkə uyğun gələn bir şey tapdınız. Balıqların akvariumdan tullanmasının, suyun buxarlanmasının qarşısını almaq və balıqlarınızı ev heyvanlarından qorumaq üçün qapaq da lazımdır. Ən asan yol mağazadan şüşə alaraq, akvariumun formasına uyğun kəsməkdir. Yox, əgər başqa materialdan istifadə etsəniz, onda onun zəhərlənmə verməyəcəyinə əmin olun. Unutmayın ki, qapaq mütləq dəniz suyuna davamlı olmalıdır.
Saxlayacağınız balıq növlərindən asılı olaraq, akvariumunuzun istisevər sakinləri üçün lazımı temperatur yaratmalısınız. Bunun üçün istiliyi nizamlayan müxtəlif qurğular satılır. Qızdırıcının gücü akvariumun həcmi və otağın temperaturundan asılı olmalıdır. Nəzərə alın ki, yay mövsümü üçün kifayət edən istilik, qışda bəs etməyəcək. İlkin vaxtlarda, əsasən 30 litr suya 50 voltluq qızdırıcı qoyulur.
Balıqlar və bitkilərin tam inkişafı üçün 12 saat təbii gün işığı azlıq edir. Üstəlik, axşamlar balıqlarınızdan zövq almaq istədiyiniz bir vaxtda mənziliniz, adətən, alaqaranlıq olur. Buna görə də akvariumunuz pəncərə önündə olsa belə, ona süni işıqlandırma lazımdır. Belə halda çox vaxt bir və ya iki lüminestent lampa akvariumun qapağına bərkidilir. Lampaların uzunluğu akvariumunkundan qısa olsa yaxşıdır. Məsələn, 20 voltluq 60 sm-lik lampa 80-100 sm, 30 voltluq 100 sm-lik lampa isə 110-120 sm ölçülü akvariuma uyğun gələr. Əgər dərin akvariumda həm də bitki yetişdirəcəksinizsə , onda iki və daha çox lampa quraşdırmalısınız. Son dövrlərdə kölgə effektli, bütün akavariumun orijinal şəkildə işıqlandırılmasını təmin edən işıqlar da satılır.
Su bütün canlılar üçün vacib olsa da, təbii ki, balıqlar üçün daha əhəmiyyətlidir. Suyun kimyəvi tərkibi çox dəyişkəndir. O, şirin və ya duzlu, ağır və ya yüngül, turş, oksigenlə zəngin və ya kasad, təmiz və ya çirkli ola bilər. İnsanlardan fərqli olaraq, balıqlar yerdəyişmədə məhdudiyyətlərlə qarşılaşırlar. Biz harada hava olarsa, ora gedə bilərik. Amma balıqlar istənilən suda yaşaya bilmirlər. Məsələn, dəniz balıqlarının qapalı göldə yaşaması mümkün deyil. Burada onlar üçün lazımı həyat şəraiti olmur. Balıqların yaşadığı, nəfəs aldığı, içdiyi su müəyyən şərtlərə uyğun deyilsə, onların vəziyyəti pisləşə və hətta ölə bilərlər. Siz akvariumunuzdakı suyun kimyəvi tərkibini - oksigen tutumunu, hərəkətini, təmizliyini - dəqiq göstəricilərlə təmin etməlisiniz. Akvarium suyunun kimyəvi tərkibinin və digər parametrlərinin yoxlanılması üçün xüsusi qurğular və reaktiv dəstlər var. Suyun kimyası termini balıq saxlayanlar arasında sudakı duzun, sərtlik və turşuluq balansının səviyyəsini müəyyənləşdirir. Balıqların normal inkişafı üçün onların maddələr mübadiləsi mühitin məhz bu parametrlərinə köklənməlidir. Dəyişikliyə uyğunlaşma, əlbəttə ki, vaxt tələb edir. Tələskənlik balıqların kimyəvi şoka düşməsi ilə nəticələnir. Düzdür, bəzi balıq növləri suyun qeyri-adi tərkibinə uyğunlaşa bilir (nəticəsi gələcəkdə özünü göstərir). Amma duzlu və şirin su arasındakı fərq o qədər əhəmiyyətlidir ki, heç cür dəf edilmir. Bu problemi həll etmək üçün siz ya yalnız su kəmərinizdən gələn suda yaşaya biləcək balıq saxlamalısınız, ya da daha hissiyyatlı növlər üçün suyun tərkibini dəyişməlisiniz.
Suyun tərkibinin dəyişilməsi bahalı və kifayət qədər uzun prosedurdur. İlk növbədə satıcıdan balıqlarınız haqqında maksimum məlumat əldə edin. Əgər onların mənşəyi barədə məlumatınız yoxdursa, onda orta şərait yaratmaq daha məsləhətdir. Yaxşı olar ki, balıqlarınızı zoomağazadakı suyu ilə birgə götürəsiniz. Sonradan onu tədricən dəyişərsiniz.
Suyun duzluluğunu müəyyənləşdirmək üçün hidrometrdən istifadə edilir. İndi sahilboyu sular çox çirkli olduğundan dəniz akvariumları üçün su çox vaxt dənizdən götürülmür. Bunun üçün su kəmərindən gələn su və xüsusi dəniz duzundan istifadə edilir. Suyun sərtliyi (ağırlığı) tərkibindəki mineral duzlardan (xlorid, bikarbonat, karbonat və sulfat, kalsium, natrium, maqnium və kalium) asılı olur. Çox duzu olan su daha ağır olur.
Akvariumun tərtibatında istifadə edilən daşlar və digər bərk elementlər (xüsusilə karbonatlı) suyun tərkibini dəyişə bilər. Yürgül suyu ağır suya çevirmək mümkün olsa da, ağırı yüngülə çevirmək çox çətindir. Suyu yüngülləşdirmək üçün müxtəlif üsullardan istifadə edilir:
1. Həll olunmuş bəzi duzları çıxara biləcək qaynadılma;
2. Yağış suyunun əlavəsi (zəhərlənməyə məruz qalmayan materialda su toplayın. Suyu təmiz yerdən yığın. Sementli dam və sənaye yerlərindən yığılan su məsləhət deyil. Yaxşı olar ki, suyu həm də parça filtrdən keçirəsiniz);
3. Süni yolla yügülləşdirilmiş su ilə qatışdırmaq (adətən, distillə edilmiş sudan istifadə edilir. Yığılmış və ya emal edilmiş su təmiz şəkildə istifadə olunur. Amma emal edilmiş suda təkcə duzlar təmizlənmir, həm də nəfəs almaq üçün oksigen də qalmır. Bu problemi havavermə üsulu ilə həll etmək olar). Bir çox balıq növləri akvariuma çox təmiz yerlərdən düşürlər. Buna görə də çirklənməyə qarşı həssas olurlar.
Akvarimunuza heç bir kimyəvi məhlulun düşməməsinə diqqət edin. Onun sakinlərinin hazırladığı ərzaqların hərəkətini isə neytrallaşdırmağa çalışın. Akvariumda yerləşdirdiyiniz dekorasiyalar və digər elementlər zəhərlənəməyə məruz qalmayan materialdan olmalıdır. İstifadə etdiyiniz avdanlıqlar isə yalnız akvarium üçün nəzərdə tutulmalıdır. Plastmas əşyalar rəngsiz, yeyinti məqsədi ilə düzəldilməlidir. Korroziyaya uğrayan metallardan istifadə isə məsləhət deyil. Suyun tərkibinə təsir edəcək çınqıldan, zəhərli ola biləcək rəngli daşlardan istifadə etməyin. Həyətdən gətirilmiş daşlar və ya əşyalara da fikir verin. Onlar çirkli və zəhərli ola bilər.
Adətən, xlorlu su balıq üçün zəhərlidir. Amma suyu açıq şəkildə 24 saat qoymaqla xlordan asanlıqla xilas olmaq mümkündür. Bununla belə unutmayın ki, lazımı səviyyədə hazırladığınız su akvariumda məskunlaşan sakinləriniz tərəfindən "zibillənəcək". Balıqların maddələr mübadiləsi zamanı suya ərzaq buraxılacaq, bitkilərin isə yarpağı töküləcək. Yeyilməmiş yemlər bakteriyalar yaradacaq, bu isə sudakı azotun dövriyyəsinə mane olacaq. Akvarimunuz zahirən təmiz görünə bilər, amma sudakı azot və nitrinin yığılması yüksək ola bilər. Buna görə də balansı dəyişmək lazımdır. Çox zaman bunun üçün süzgəclərdən istifadə edilir. Akvarimun suyunu təmizləmək üçün onu bir neçə süzmə qabiliyyətli materiallardan keçirə bilərsiniz.
Hansı balıqları almaq mümkündür?
Akvarium üçün ayrılan məkan və qiymət baxımından, bu istəkdə məhdudiyyətlər ola bilər. Amma buna baxmayaraq, balıq seçimində həlledici faktor akvarimun ölçüsüdür. Sizə sevinc bəxş edəcək balıqlara yaşamaq üçün rahat şərait lazımdır.
Balıq seçimində də tələsməyin. Hər şeyi əvvəldən öyrənmək daha yaxşı olar. Səhvə yol versəniz, balıqlara zərər vurar, pulunuz və vaxtınız isə hədər gedər. Əvvəlcə arzusunda olduğunuz balıq haqqında bütün məlumatı əldə edin.
Sonra isə akvariumunuza nə qədər balıq yerləşəcəyini müəyyənləşdirin. Adətən, hesablama oksigenə olan tələbata uyğun aparılır. Böyük balığın uzunluğu ilə (quyruqsuz) akvarium səthinin sahəsinə nisbəti götürülür. 2,5 sm uzunluğu olan şirinsulu balıqlara 192 kvadratsantimetr, soyuqsevənlərə 120 kvadratsantimetr, tropiklər üçün isə 64 kvadratsantimetr akvarium götürülür. Uzunluğu 2,5 sm olan dəniz balıqlarına hər bir fərd üçün həyatının ilk 6 ayında adətən 18 litr su götürülür. Qalan vaxtlarda isə 9 litr su bəs edər. Amma nəzərə alın ki, bəzi balıq növlərində fərdlər hansısa ərazini yalnız özününkü bilir və ora digər balıqları buraxmırlar. Balıq növlərinin biri-birinə uyğunlaşmasına onları akvariuma salmazdan öncə nəzər yetirin. Başlıca meyar balıqların əvvəldən yaşadıqları mühitin oxşarlığıdır. Duzlu və şirinsulu balıqlar bir akvariuma salınmır. Amma duzlu hovuzlardan çıxmış balıqlar şirin suya salınır.
Suyun temperaturuna olan tələbat da nəzərə alınmalıdır. Bəzi növ balıqlar akvariuma tez axan çaylardan, bəziləri isə sakit hovuzlardan düşür. Demək, onlar eyni şəraitdə yaşaya bilməzlər. Bəzi balıqlar dibi daşlı əraziyə, bəziləri bitkili və ya açıq məkanlı, bir qism gur işıqlı, digərləri isə alaqaranlığa üstünlük verirlər. Balıqların ölçü və temperamenti ən vacib məqamlardan biridir. Balıqların hamısının yırtıcı olmamasına baxmayaraq, təbiətdə, adətən, böyüklər xırdaları yeyir. Buna görə də akvariumunuzdakı ən xırda balıqların belə başqalarının qurbanı olmayacaq qədər böyük olduğuna əmin olun. Bəzi balıq növləri akvariumun müəyyən hissəsindən istifadə edərək öz ərazilərini anbar və ya yuva kimi qısqanclıqla qoruyurlar. Belə balıqlar həm öz nümayəndələrinə, həm də başqa növlərə qarşı aqressiv olurlar. Böyük acgöz balıqlar həm də özlərindən zəifləri ac qoyurlar. Yaxşı olar ki, ölçü və temperamentinə görə uyğun gəlməyən balıqlar ayrı-ayrı akvariumlarda yaşasınlar.
Yem barəsində də fikirləşməyə dəyər. Bəzi balıqlar pəhriz tələb edən yemlərlə qidalanır. Siz onlar üçün hər gün xüsusi yem hazırlamalısınız. Amma adi balıq yemləri ilə qidalananlar sizdən xüsusi əziyyət tələb etməyəcək.
Bəzi xırdalıqları da unutmayın. Balıqları tutmaq üçün əl toru, torpağın təmizlənməsi üçün sifon, heç olmaya bir plastik vedrə, su saxlamaq üçün kanistr də alın. Çalışın ki, bütün bunlar ağ və şəffaf plastikdən olsun.
Balıq saxlamağa başlamazdan əvvəl yaxşıca fikirləşin. Bu səbr, bəzən çox pul tələb edən bir işdir. Amma balıqlara olan məhəbbətiniz və fantaziyanız sizin üçün bu işi maraqlı və zövqverici edə bilər.

  şerhler

cappucino
yaxsi melumatlardi amma bir az qisa olsa yaxsi olar adamin ureyi daralir ee ))

tarix : 01 Avq,2008 17:49

  şerhinizi yazın
  saytımızdan diger xeberler
Nəsimi
qəzaya düşüb
Ümid
E810
Kənar adam
Əlsiz adamlar
Röya toyuna jurnalistləri buraxmayacaq
Britney Spears Deniz Kenarında
paris hilton glamour
maraqlı şeyler
  kanaldan diger xeberler
Maybach Exelero
PKK-nın kökünü kəsmək lazımdır...
Bir ailəlik bağ evi
Tiger Woods PGA Tour 2006 - Tiger Woods 2006
Mutya Buena - Capital 95.8 açılışı
Anna Kournikova - Tenis Starı
Colin McRae Rally 2005 - Colin McRae 2005
UEFA Champions League 2004-2005
İnflyasiya gözləntisi böyükdür
Düyməcik, qutucuq, yoxsa...

azeroo.com
azerooClub-a üzv olun
http://www.azer...
azerooTube
en yeni videolar burda
http://www.azer...
buraya reklam ver

©2000-2009 azerooClub , müellif hüquqları qorunur, istinad verilmesi mecburidir

A fatal MySQL error occured:

The table 'cns_log' is full

INSERT INTO cns_log (date,ip,type,proxy,page,agent,referer,language,type1,uid,tid,hid,res,depth,cookie,country,city,title,isrobot,prevdate,is404) VALUES ('2009-01-07 17:59:10','644300606',0,'-1','http%3A%2F%2Fazeroo.com%2Ftext_detail%2F2079%2F42%2FK%C3%B6nl%C3%BC_bal%C4%B1q_ist%C9%99y%C9%99nin....htm','CCBot/1.0 (+http://www.commoncrawl.org/bot.html)','','en-us,en;q=0.5','0','0','0','160261','0','0','0','21843','Washington||389|-770','','user',-1,'no')