 dostuna gönder
azeroosaytlarım-a elave et
| | balaca yazı | esl yazı | böyük yazı 14 Avq,2008 “İki min kişi ilə yatan məndən danışır?”
- İkinci dəfə ana olandan sonra özünün necə hiss edirsən?
- Özümü yaxşı hiss edirəm, qoysalar hər şey yaxşı olacaq.
- Kim mane olur ki?
- Mənim deməyim artıqdır, bütün tamaşaçılar, oxucular kimlərin mane
olduğunu bilirlər. Bəzən insanlar yaşlaşanda ağılları başdan çıxır,
onda kiminsə bostanına daş atıb, nəsə deməklə gündəmə gəlməyə məcbur
olurlar. Amma mənim səhv etdiyimi deyən insanın keçmişi o qədər təmiz
olmalıdır ki, mən onun iradlarını efirdən eşidəndə haqq verim və susum.
Amma mənimlə bağlı o adam çıxıb söz deyir ki, özü efirlərdən iki min
kişi ilə yatdığını söyləyib. Belə insan hansı əxlaqdan danışır? Bir
insan ki, özündən qat-qat aşağı səviyyəli bir kişi ilə yaşayır, hər
dəqiqə də efirdə onun o üz, bu üzündən öpür, o mənə əxlaq dərsi
keçəcək? Amma mən danışa bilərəm, çünki Allaha şükür elə pis formada
açıb özümü ortalığa qoymamışam. Düzdür, açıq geyinmişəm, açıq
şəkillərim var, amma bunu eləməliyəm, çünki şou- biznesdəyəm, səhnə
adamıyam. O ki qaldı, ikinci dəfə mənim dünyaya uşaq gətirməyimə,
kimdən doğmuşam, necə doğmuşam. Ərəbistanda, yoxsa Moskvada doğmuşam,
özüm bilərəm, əcəb eləmişəm!
“Nə qədər də olmasa, müğənniyəm”
- Əsas söhbətlər odur ki, sən əvvəlcə iki uşağının olacağını
demisən, sonra isə bir uşağın dünyaya gəlib, amma yenə iki övladın
olduğunu demisən...
- Əvvəlcə, uşaq olmamışdan söz-söhbət yaydılar ki, hamilə deyiləm,
plastik əməliyyatdan keçdiyimə görə uşaq doğa bilmərəm və s. Hətta bir
verilişdə bütün şəhərdən sorğu almışdılar, guya mən Zülfiyyə
Xanbabayevaya baxıb özümü hamilə adlandırıram. Bunu mənim övladım olana
qədər danışdılar. Sonra da çıxıb Moskvaya getdim. Azərbaycanda doğası
olsam, kimdən qorxuram ki? Çəkindiyim kim var ki? Mən bu gün deyə
bilərəm ki, filankəs filan yerdə doğub. Ancaq boş-boş danışmaram, mən
fakt çıxardaram ortalığa. Faktsız danışmağa nə var ki? Qurama zənglər,
nə bilim nə... Aygün verilişinə telefon zəngi elətdirir, orda da
deyirlər ki, guya kimsə Rəqsanə ilə bir palatada yatıb. Əvvəla, mən
Azərbaycanda doğmuşamsa, xəstələrlə yatmaram. Nə qədər olmasa da, mən
müğənniyəm. Çalışaram ki, özüm üçün ayrıca bir palata tutum, orda tək
qalım. Mən başqa xəstələrlə bir yerdə yatası deyiləm ki...
- Deməli, Aygün Kazımovanın verilişinə zəng edən şəxs səninlə bir palatada yatdığını dedi...
- Hə, sonra da mən bir verilişə dəvət aldım. Orda qonaq olub, bu
söz-söhbətlərə aydınlıq gətirəcəkdim. Bəzi texniki səbəblərdən veriliş
efirə çıxası olmadı. Əgər veriliş olsa idi, Əzizbəyov adına
xəstəxananın baş həkimini də efirə zəng etdirəcəkdim, onlar da öz
sözlərini deyəcəkdilər. Bu gün həkimin də, müğənninin də işinə
qarışırlar.
“Yalan danışmışam, əcəb eləmişəm”
- Amma sənin Əzizbəyov adına xəstəxanada uşaq dünyaya gətirdiyin deyilir...
- Orada olmuşamsa, fəxr edərəm ki, o cür savadlı, o cür qabiliyyətli
insanların əlində uşağım dünyaya gəlib. Burada ayıblı nə var ki? Yalan
danışmışamsa da, əcəb eləmişəm, öz işimdi, yaxşı edirəm. Onun Aygünə nə
dəxli var?! Aygün bütün Azərbaycanla bir etdi ki, qabırğalarımı
çıxartmışam, nə bilim neyləmişəm. Sonra da aydın oldu ki, qabırğa-zad
çıxartdırmayıb. Gedib Nekrasovun yanına piylərini çıxartdırıb,
vəssalam. Mən sənətdə dörd il varamsa, o iyirmi ildir burdadır və
bunları görə-görə gəlib, çox yalanlar danışıb. Bu şou-biznesdə hər şey
ola bilər. Aygün məndən və vaxtilə yaxın olduğu rəfiqəsindən veriliş
hazırlayır.
- Rəqsanə, Aygünlə sənin nə problemin var? Bəlkə bizim bilmədiyimiz gizli nələrsə var?
- Əslində o xanımdan mənim xoşum gəlib həmişə, geyimlərini izləmişəm.
Amma bir də baxdım, bir verilişdə deyir ki, qızının mənə və Xumar
Qədimovaya qulaq asmasına icazə vermir ki, manerası korlanar. Kimsə
mənim haqqımda danışırsa, mən də cavab verirəm, məgər mənim dilim
yoxdu? Mən də qarşılığında dedim ki, əgər mən Aygünün qızının
manerasını korlayıramsa, Aygün iyirmi il bundan qabaq xalqın manerasını
korlamağa başlayıb.
- Yəni, səndən iyirmi yaş böyükdür?
- Bəli, yaşımı danmıram, mənim 28, Aygünün isə 39 yaşı var. Aramazda 11
yaş fərq var. Ona yaraşırmı, mənimlə, Röya ilə, Xumarla çəkişsin. Yaşlı
müğənnilər öz sambalını bilməlidir. Məsələn, Brilyant Dadaşova,
Zülfiyyə Xanbabayeva harada görürlərsə, adamla canla-başla görüşürlər,
münasibət saxlayırlar. Bu isə gah Elarizi, gah Cavanşir Məmmədovu, gah
Xumarı, gah Rəqsanəni qurdalayır. Bilmirəm, nəyinə lazımdı...
“Nadir mənə “mamalıq” edirdi?”
- Bəlkə hegemonluq etmək istəyir?
- O da alınmayacaq. O insan söz deyər, irad bildirər ki, sənəti var. Aygünün elə böyük sənəti yoxdu axı. Sənəti var onun?
Mən də qadınam öz ailəm, uşağım üçün çörək pulu qazanıram, o da
qadındı, ailəsi üçün çörək pulu qazanır. Nəyə görə efirdə məni, ya da
digərini tamaşaçının gözündən salmaq istəyir? Efirdə deyir ki, guya mən
əkiz uşaq doğduğumu ona görə demişəm ki, mənə çoxlu toy sifariş
eləsinlər. Adam əkiz uşaq doğanda toy gəlir? Onda elə bütün camaat
gündə beş dənəsini doğsun ki, toyu çox olsun.
Mən uşağı özüm üçün istəmişdim. Əkiz də oldu, biri qaldı, biri qalmadı,
bu da Allahın işidir. Sadəcə, artıq o keçmişlərə qayıdanda adama
gülməli gəlir. Çünki hər yerdə eyni sualı verirlər.
Nadir Qafarzadə çıxıb efirdə məndən danışır. Nadir, sən kimsən axı? Mən
qadınam, doğmuşam. Sən öz qayğına qal! Sənin haqqında danışılanları
eşit, ona cavab ver. Ümumiyyətlə, sənin kişi kimi danışmağa haqqın
yoxdur. Mən ağzımı açanda başqa cürə danışıram, çünki qorxmuram. Nadir
yıxılmışdı da, yenicə qalxıb ayağa. Gedib uşağı üçün bir parça çörəyini
qazasın. O da bu gün Aygünün kölgəsində dayanıb, Rəqsanənin filan
xəstəxanada doğduğunu deyir. Rəqsanə doğanda, sən onunla bir yerdə
doğmuşdun?! Yoxsa “mamalığı” sən edirdin?
Ağsaqqal adamdı, Əli Mirəliyev, mən onu yalnız son vaxtlar efirlərdən
tanımışam, ona-buna söz atır. Yaşlı adamdı, on “şirvan”, beş “şirvan”
atırlar ağzına ki, çıxıb danışsın. Nə Rəqsanəni tanıyır, nə də o
birisini, çıxıb ağzına gələni danışır. Sən ağsaqqal adamsan, get otur
yerində.
- Nadir Qafarzadə ilə nə ədavətin var?
- Mənim, ümumiyyətlə, Nadirlə heç bir əlaqəm yoxdu. Əvvəllər yaxşı
münabətim olub, hamilə olanda prodüsserim Nigar xanıma zəng edib ki,
mənimlə danışmaq istəyir. Onda buna efirlərdə qadağa qoymuşdular. Nigar
da bildirib ki, Bakıda yoxam, nömrəmi istəyib, Nigar da verməyib.
Bundan sonra başlayıb mənim əleyhimə danışmağa. İndi Aygünün öyrətməsi
ilə çıxıb efirdə deyir ki, guya mən onun qohumu ilə bir xəstəxanada
doğmuşam. Gətirib o qohumunu ortaya çıxartsın görüm, o kimdi elə?
- Yəni olub elə bir şey?
- Hə, guya mən onun qohumunun yanında doğmuşam. Kəmalə adında bir
qadının adını çəkir. Doğmuşam, əcəb eləmişəm, ay Nadir, sənə nə düşüb?
Sən də mənimlə bərabər doğmusan? Yəni artıq, bilmirəm, bunların
sənətləri tükənib, ona görə belə məsələləri müzakirə edirlər.
- Onları məhkəməyə vermək fikrin yoxdu?
- O verilişi hazırlayan kanala hörmət qoyuram. Məhkəməyə də verərəm, o tərəfə də keçərəm. Amma ortada kanal var.
“Ay gicbəsər, niyə məndən danışırsan?”
- Nadir Qafarzadənin özündən niyə belə etdiyini soruşmusan?
- Mənim uşağımın atasını tapmaq Nadirə çox baha başa gələr. Ona
xəbərdarlıq edirəm ki, özünə problem açmasın, gedib işi ilə məşğul
olsun. Sonra da çıxıb deyir ki, nə Rəqsanəni tanıyır, nə də sənətini.
Ay gicbəsər, mənim sənətimi, özümü tanımırsansa, nə qələt qarışdırıb
məndən danışırsan efirdə? Məhkəməyə verə bilərəm, amma məhkəməyə də
verəndə elə bir işi verəsən ki, ortada bir şey olsun. Mən bunun nəyini
məhkəməyə verib, özümü biabır edim?
- Bəs sənin adını açıqlamadığın həyat yoldaşın bu məsələlərə nə deyir?
- O deyir, hər şeyin vaxtı var. Qoy, hələ kim nə istəyir, onu eləsin.
- Sonra nəsə edəcək?
- Cücəni payızda sayarlar.
- Yəni sentyabrda nəsə olacaq?
- Allah qoysa! O, mənə məsləhət görür ki, öz işlərimlə məşğul olum. Mən
bəziləri kimi iki uşağı çöldə qoyub, atalarını gətirib yanıma
salmamışam. Açığını deyim, mənim uşağımın atası subaydı. İlk dəfə
olaraq bunu sizə deyirəm, otuz yaşı var, çox da tanınmış insandı. Ona
görə də açıqlama vermirik.
- Şou-biznesdə olan şəxsdir?
- Yox, başqa sahədə çalışır.
- Bu qədər məşhur adam niyə çıxıb uşağına sahib çıxmır? Uşağın atası olduğunu demir?
- İstəmir. O adam uşağını qəbul edib, bəsdir. Onun reklama ehtiyacı
yoxdur, çünki onu sözsüz hamı tanıyır. Hətta uşağa da anasının adını
qoymaq istəyirdi, bir az köhnə ad olduğuna görə razılaşmadıq. Ad
qoymağı Aysunun öhdəsinə buraxdıq. O da adını Yağmur qoydu.
- Doğrudan, sənin iki uşağın oldu, yoxsa bir?
- İki, o birinin adı Damla idi. Elə özü də damla idi. Çox balaca idi.
Onun ağ ciyərlərində problem oldu. Doğuşa qədər mən qızım, yoxsa oğlum
olacağını bilmirdim. Axır məqamlarda qızım olacağını bildim. Amma oğlan
istəmirdim. Oğlandan zəhləm gedir. Mən hələ indi birini də doğası
olsam, lap başlarına daş düşər.
“Üşağımın atası kiminlə istəyir, evlənə bilər”
- Sənin süni mayalanma ilə uşaq dünyaya gətirməyin barədə də danışırlar?
- Tamamilə yalandır. Mənim övladım var idi də, nə məcbur idi ki?
- Bütün bu şayiələrə səbəb, sənin uşağın atasını gizlində saxlamağındır...
- Elə bilməsələr, yaxşıdır. Bilsələr, lap infarkt olarlar.
- Bəs o adamın ailəsi, atası, anası səni qəbul edir?
- Onun ailəsi yoxdur. Amma sevgi elə bir şeydir ki, ata-ana qəbul etsə
də, etməsə də olur. Mən ona icazə verirəm, getsin kiminlə istəyir
evlənsin.
- Siz rəsmi nikahda deyilsiniz?
- Yox, kəbinimiz var.
- Evinin əlindən alınması barədə danışıqlar. Bu nə qədər düzdür?
- Tamamilə yalandı. Mənim evimi əlimdən alıblarsa, harda qalıram?
- Kirayə qalırsan.
- Kirayə qalsam, bunu da gizlətmərəm. Deyərəm, imkanım yoxdu, kirayə
qalıram. Bəlkə bir-iki nəfərin mənə yazığı gəlib, bir ev verər. Kirayə
qalmaq ayıb iş deyil. Amma maşınımı satdım, yeni maşın sifariş
vermişəm, bu həftə gətirəcəklər.
- Markası nədi?
- BMW-X6.
“Məni atıb gedə bilərdi, amma indi mümkün deyil, çünki uşağı var”
- Bu söz-söhbətlər səni sıxmır ki?
- Qətiyyən, indi çox həvəslənmişəm. İstədiyimə nail oldum. İstədim ki,
o insanla mənim əlaqələrim daha yaxın olsun. Yəni, kişidir, məni atıb
gedərdi, ayrılardı. Amma indi uşaq var, artıq onun mümkünü yoxdu. Nə
olur olsun, uşağını həmişə axtaracaq, artıq uşağının evini də alıb.
Uşağım üçün imkanlar yaradacaq. Amma mən kişi qazancı yeməyə
öyrənməmişəm. Həmişə özüm qazanmışam. Mən şou-proqramlarda günü dörd
yüz manata oxumağı ayıb bilmirəm. Amma özüm qazanıram, mənə ev və ya
maşın alıb verilməsini xoşlamıram. Bu gün alıb versinlər, sabah da
bəziləri kimi əlimdən alsınlar. O övladı üçün nə istəyir, etsin, ancaq
mən özüm qazanım. İndi yeni albom üzərində işləyirəm. Fuad Əlişov iki
klipimi çəkir. Oktyabrda Bakıda konsertimiz olacaq.
- Aygünə yenə nəsə demək istəyirsən?
- Mən o insanın yaşına hörmət edirəm. Aygün deyir ki, mən cinayət
məsuliyyəti daşıyıram. Hər halda mən səkkiz aylıq uşağı həyata gəlməyə
qoymayıb, rədd etdirməmişəm. Uşağımı doğmuşam, sağ-salamat dünyaya
gətirmişəm, əlavə bacımın iki uşağına da baxıram. Mən beş dənə uşağa
baxıram. Beşinə də analıq edirəm. Hansı ki, mən o hissləri bilirəm.
Bilməsəm, edə bilmərəm.
- Aygün səkkiz aylıq uşağı rədd edib?
- Yox, edənlər çox olub. Mən deyirəm, söz yiyəsi öz sözünü götürəcək.
Nə də mən heç kəsin uşağını ortalıqda qoymamışam. Birinci uşağım həyat
yoldaşımdan olub, ikincisinin də yerli-dibli ailəsi yoxdu. Məndən sonra
ola bilər, olsun da.
- Sən necə razı olacaqsan ki, uşağının atası başqası ilə ailə qursun?
- Mən istəyərəm ailə qursun, əgər onun valideyinləri bunu istəyirsə,
qoy toyu olsun. Onların da öz arzular var. Mənim toyum da olub, gəlin
də köçmüşəm. Yəni ki, mənim uşaqlarım yanımda, ağlım başımda. Anama
baxıram, ailəmə baxıram, bu mənə bəsdi. Aygünə də məsləhət görürəm ki,
efirdə özündən, öz sənətindən danışsın. Nəyinə lazımdi, Röya hara
getdi, Rəqsanə harda qaldı, Xumar neylədi? Niyə özünə qarğış yağdırır?
Niyə özünü gözdən salır?
- Rəqsanə, bəs Moskvada harda doğdun uşağı?
- Özəl klinikada.
- Adını demək istəmirsən?
- Serpuxov. Moskvanın Serpuxov şəhərində özəl klinikaların birində.
|