ana sehife | reklam | sponsorluq | bize yazın
azerooLive :   admin şekil elave etdi
  eşq ve dostluq
  maraqlı şeyler

saytımızda

  üzvlük yeri
üzvlük adı 
mexfi söz 
üzv olun | mexfi söz

bloguma elave et fan-ı ol

Get, get, vəfasızsan bu dünya kimi...

dostuna gönder

azeroosaytlarım-a elave et

balaca yazı | esl yazı | böyük yazı

20 Avq,2008

Əvvəllər bizim cəmiyyətimiz üçün istisna olan ailəyə xəyanət, yumşaq desək, vəfasızlıq problemi, çox təəssüf olsun ki, son illərdə bizdən də yan ötmür.

Bunun nə ilə əlaqədar olduğunu demək çox çətindir. Çünki heç bir psixoloq, heç bir mütəxəssis insanın beynində və qəlbində nələr baş verdiyini bilmək iqtidarında deyil. Ancaq sirr deyil ki, vəfasızlığın ilkin səbəbi narazılıqdır: maddi narazılıq, mənəvi narazılıq, məişət narazılığı və sairə.
Məşhur amerikalı psixoloq Uillard Harli insanları ailədən kənar sevgi əlaqələrinə nəyin cəlb etdiyini öyrənmək məqsədilə bu sahədə təcrübəsi olan 10 mindən çox insanın həyatını analiz edib. O, əldə etdiyi nəticələri və bu barədə düşüncələrini "Kişinin və qadının ehtiyacları. Möhkəm ailəni necə qurmalı?" kitabında açıqlayıb.
Harlinin fikrinə görə, əsas problem hamıya məlumdur: çox vaxt insanlar öz işlərinə həyat yoldaşlarından daha çox diqqət ayırırlar. Nəticədə diqqətsiz qalan tərəf təsəllini başqalarında axtarır. Mümkün xəyanətdən, vəfasızlıqdan uzaq olmaq üçün Harli bəzi qaydalara əməl etməyi məsləhət görür.

Kişilər üçün
1.Qadını etibarsızlıqdan, vəfasızlıqdan çəkindirmək üçün onda ailəyə bağlılıq hissini daim qorumaq lazımdır. Əksər qadınlar üçün ailəyə və ya kiməsə bağlılıq təhlükəsizlik, arxayınlıq, komfort və dəstək deməkdir. Buna görə də kişi xanımına onu dəstəklədiyini və qoruduğunu, onun problemlərinə özününkü kimi yanaşdığını və onunla fəxr etdiyini hiss etdirməkdən çəkinməməlidir.
2. Kişi ilə qadının ünsiyyəti həddindən artıq vacibdir. Qadın kişiyə həm də söhbət etmək üçün ehtiyac duyur. Təcrübələr sübut edib ki, evləndikdən sonra kişilər arvadları ilə söhbət etməyə o qədər də həvəsli olmurlar. Bu isə nəticədə, təkcə vəfasızlığa yox, bir sıra problemlərin yaranmasına səbəb olur.
3. Qadın düzgünlüyə və səmimiliyə ehtiyac duyur. Qadın ərinə hərtərəfli inanmaq istəyir. Əgər o, ərinin yalan danışdığını hiss edirsə, bu, onda təhlükəsizlik hissini öldürür.
4. Müasir ailələrdə maddi məsələlərin həlli, ən böyük problemdir. Bu baxımdan, ailədə qarşılıqlı anlayış olmalıdır. Kişi başa düşməlidir ki, onun həyat yoldaşının zəruri maddi ehtiyacları var. Ən az gəlirdən belə, bu maddi ehtiyaclar üçün vəsait ayırmaq olar. Yaşadığımız dövrdə qadın üçün lazım olan hər bir şeyin bahalı, orta dəyərli, ucuz və hətta çox ucuz olan növləri də var.
5. Ailə borclarını yerinə yetirmək də kişi üçün vacibdir. Qadın ərinin yaxşı ata olacağına və ailədə öz borclarını yerinə yetirəcəyinə ümid edir. Unutmayın ki, hər bir qadın ailə qurmaq və onu qorumaq arzusu ilə yaşayır. Onların əksəriyyəti ailənin lideri kimi ərini görür. Liderliyi əldə saxlamaq isə artıq kişidən asılıdır. Bunun üçün kişinin əsas maddi və mənəvi borcları öz üzərinə götürməsi kifayətdir.

Qadınlar üçün
1.Kişidə hər şeydən əvvəl özünüzə, sonra ailəyə bağlılıq hissi yaradın.
2.Kişilər istirahət etmək üçün ətrafındakı adamlara ehtiyac duyur. Kişilər arvadlarının onların tərəfdaşları olmalarını çox arzu edirlər. Kişi istəyir ki, onun sevdiyi hər şeydən, məsələn, balıq ovundan, futboldan arvadı da zövq alsın, onun sevdiyi filmlərə o da baxsın. Təəssüf ki, ailə qurduqdan sonra qadınların əksəriyyəti kişilərə öz istirahət rejimlərini aşılamağa çalışırlar. Bu isə nəticədə kişilərin istirahət üçün arvadından uzaq bir yer axtarmasına səbəb olur.
3. Kişilər gözəl qadınlara vurulmaya bilmirlər. Onlar həmişə ətraflarında gözəlliyin olmasını istəyirlər. Ən əsası isə onlar dünyada ən gözəl qadın olaraq öz arvadlarını görmək istəyirlər.
4. Kişilər evlərini qala hesab edirlər. Ev onlar üçün ən təhlükəsiz və ən sakit yer olmalıdır. Burda onları dava-dalaş, söz-söhbət yox, gülər üz və məhəbbət gözləməlidir.
5. Kişilər qadınların onlarla qürur duymasını istəyirlər. Qadın ərinin yaxşı xüsusiyyətlərini, üstünlüklərini görməli, ona dəyər verməli və onunla fəxr etməlidir. Kişiyə özünüzü hər gün bir az artıq sevdirmək üçün onunla qürur duyduğunuzu və ona arxalandığınızı söyləmək vacibdir.

  fanları

  şerhler

parazit13
bu serden xosum gelirdi get get vefasizsan bu duya kimi. Heyatda hec neyin etbari yoxdu tesadufi goz acmisiq bu dunyaya mecbui olaraq yasayiriq....

tarix : 01 Sent,2008 11:45


cappucino
bu serden xosum gelirdi get get vefasizsan bu duya kimi. Heyatda hec neyin etbari yoxdu tesadufi goz acmisiq bu dunyaya mecbui olaraq yasayiriq....

tarix : 01 Sent,2008 10:25

  şerhinizi yazın
  saytımızdan diger xeberler
bir daha dondurma haqqında...
Gözəlliyə zərər verən vərdişlər
prison break başlayır

azeroo.com
azerooClub-a üzv olun
http://www.azer...
azerooTube
en yeni videolar burda
http://www.azer...
buraya reklam ver