 dostuna gönder
azeroosaytlarım-a elave et
| | balaca yazı | esl yazı | böyük yazı 13 Okt,2008 Qlobal maliyyə böhranı dünyanın aparıcı bank və şirkətlərini iflasa sürükləməkdə davam edir.ABŞ-da başlayan bu böhranın fəsadları artıq Avropa başda olmaqla,
dünyanın bir çox ölkələrində özünü
ciddi şəkildə büruzə verməkdədir. Ötən gün dünya
birjaları ortalama olaraq 5-10 faiz itkiyə məruz qalıb. Neftin bir
barelinin qiyməti isə 77 dollara düşüb ki, bu da son
üç ayda 50 faiz düşmə deməkdir. Dünən səhmlərin
qiyməti ABŞ-ın Nyu-York birjasında 7, Yaponiyanın Tokio birjasında 9,
Londonun Qiymətli Kağızlar Birjasında 7, Berlin birjasında 8, Paris
birjasında 8, Madrid birjasında 7 faizdən çox aşağı
düşüb. İstanbul Qiymətli Kağızlar Birjasında isə itki 7,7
faiz olub. Böhran ABŞ-ın avtomobil sənayesindən də yan
keçməyib. “General Motors” şirkətinin səhmləri bir
gündə 31, “Ford”un səhmləri isə 20 faiz aşağı
düşüb. Neft sektorunun nəhəngləri sayılan “Exxon
Mobile” və “Chevron” şirkətləri isə 13 faiz itki ilə
üzləşiblər. Qlobal böhrandan ən çox zərər
çəkən ölkələrdən biri də Rusiyadır. Belə ki, böhranın
baş verdiyi gündən bəri, rus sahibkarların ümumi itkisi 230
milyard dollar olub. Vladimir Lişin 22, Roman Abromoviç 20, Oleq
Deripaska 16, Vahid Ələkbərov 7,2, Aleksey Mordasov 5,3, Dmitri
Ribolovyev 4,1 və Aleksandr Lebedev 3,1 milyard dollar itirib.
Dünən Rusiya birjası, ümumiyyətlə, dayanıb. Rusiya
parlamentinin aşağı palatası olan Duma iqtisadi böhranın
fəsadlarını aradan qaldırmaq və baş verə biləcək daha böyük
təhlükələri önləmək üçün 86 milyard
dollarlıq yardım paketinin ayrılmasını təsdiqləyib. Bundan əlavə,
hökumət də əlavə tədbirlər görməyi planlaşdırır. Baş nazir
Vladimir Putin dövlətin 175 milyard dollarlıq səhm alacağını
açıqlayıb. Cənubi Koreyanın Milli Bankı isə böhrandan
çıxış yolunu maliyyə bazarına müdaxilə etməkdə
görüb. Milli valyuta dollar qarşısında 5 faiz səviyyəsində
dəyərdən düşüncə, Cənubi Koreya hökuməti bazara
müəyyən miqdarda dollar buraxıb. Yaponiya maliyyə bazarı ilk
itkisini verib. Belə ki, fərdi sığorta hesabı 10 milyard dollar olan
“Yamato Life İnsurance” adlı sığorta şirkəti iflas etdiyini
açıqlayıb. Vəziyyətin gərginləşdiyini görən ABŞ
Prezidenti Corc Buş Amerika xalqına müraciət edib. O,
dövlətin vəziyyətə nəzarət etdiyini bildirərək,
narahatçılığa ciddi əsas olmadığını vurğulayıb: “ABŞ-ın
əlində qlobal böhranların aradan qaldırılmasına dair bir
neçə mexanizm var və bu mexanizmlər artıq fəaliyyətdədir”.
|